Erməni hərbçilərinin meyitləri üzərində heç bir təhqiredici hərəkətlər edilməyib


Siyasət 21 Noy 2020 15:41:00 63 0

Erməni hərbçilərinin meyitləri üzərində heç bir təhqiredici hərəkətlər edilməyib

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılmışdır.

Bu barədə Son.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranmışdır.

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.

Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur.

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınmışdır.

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir. Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.

Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü like
  • 21 Noy 15:39  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxm

arrow Ətraflı
Yerevanda növbəti etiraz aksiyası başlayıb like
  • 21 Noy 15:35  
Dünya Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz

arrow Ətraflı
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz... like
  • 21 Noy 15:32  
Digərləri Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz...

O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub. Söhbət Şuşa uğrunda g

arrow Ətraflı
YAPın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir  Əli Əhmədov like
  • 21 Noy 15:28  
Siyasət YAPın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ə

arrow Ətraflı
Paşinyanın həyat yoldaşı ilə mübahisə edən generala cinayət işi açıldı like
  • 21 Noy 15:23  
Dünya Paşinyanın həyat yoldaşı ilə mübahisə edən generala cinayət işi açıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi

arrow Ətraflı
FES həyəcan siqnalı verdi, nazir təkzib etdi like
  • 21 Noy 15:18  
Dünya FES həyəcan siqnalı verdi, nazir təkzib etdi

Bazarlar çox rahat olmalıdır, kifayət qədər maliyyə qaynağımız var.

arrow Ətraflı
Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü like
  • 21 Noy 15:11  
Dünya Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 x

arrow Ətraflı
Göz ətrafında qaralmalar: like
  • 21 Noy 15:04  
Digərləri Göz ətrafında qaralmalar:

Gözlərin ətrafında, göz qapaqlarında, ən çox da gözün altında qaralma

arrow Ətraflı
Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndirilir like
  • 21 Noy 15:01  
Digərləri Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndirilir

Koronavirusa yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejimini

arrow Ətraflı
2020ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir like
  • 21 Noy 14:57  
Dünya 2020ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir

2020-ci ilin doqquz ayı ərzində qlobal iqtisadiyyatın dinamikası milli hö

arrow Ətraflı
Operativ Qərargahın Respublika müşavirəsində pandemiya ilə bağlı vəziyyət müzakirə olunub  FOTO like
  • 21 Noy 14:51  
Siyasət Operativ Qərargahın Respublika müşavirəsində pandemiya ilə bağlı vəziyyət müzakirə olunub FOTO

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respubli

arrow Ətraflı
Yaxın Şərqin ən uğurlu biznesmen like
  • 21 Noy 14:50  
Dünya Yaxın Şərqin ən uğurlu biznesmen

"Forbes" Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini müəyyən

arrow Ətraflı
İranlı nazirə korona ilə bağlı şok ittiham: like
  • 21 Noy 14:43  
Dünya İranlı nazirə korona ilə bağlı şok ittiham:

İran Səhiyyə nazirinin müavini Rza Mələkzadə gözlənilmədən istefa ver

arrow Ətraflı
Dünya bazarlarında təbii qazın qiyməti artıb like
  • 21 Noy 14:36  
Digərləri Dünya bazarlarında təbii qazın qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Siqaret çəkənlərin "Covid19"dan müalicəsi daha çətin keçir like
  • 21 Noy 14:29  
Dünya Siqaret çəkənlərin "Covid19"dan müalicəsi daha çətin keçir

Siqaret çəkməyin immun sistemin reaksiyasını azaldaraq yeni növ koronaviru

arrow Ətraflı