2020ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir


Dünya 21 Noy 2020 14:57:00 118 0

2020ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir

2020-ci ilin doqquz ayı ərzində qlobal iqtisadiyyatın dinamikası milli hökumətlərin karantin tədbirlərinin sərtliyinə müvafiq olaraq dəyişib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda məlumat verilib.

Bildirilib ki, ilin ortasına doğru nisbətən səngiyən COVID-19 pandemiyasının, avqustdan yenidən güclənməsi ilə bir çox ölkələrdə yenidən məhdudlaşdırıcı tədbirlər bərpa edilib.

Çində bərpa prosesinin gözləniləndən daha sürətli olmasına baxmayaraq, qlobal iqtisadi aktivlik göstəricilərinin pandemiya öncəsi fəaliyyət səviyyələrinə qayıtması çox ləng gedir. Ümumilikdə dövr ərzində qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər yüksək olaraq qalıb, karantin tədbirləri istehlak və investisiyaları azaltmaqla istehsala və ticarətə mənfi təsir göstərib.

2020-ci ilin ötən dövründə pandemiya nəticəsində qlobal iqtisadiyyatda aktivlik azalıb.

Dünya iqtisadiyyatında 62 faizdən çox paya malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri üzrə Biznes İnam İndeksi II rübdəki kəskin enişin ardınca III rübdə ilin əvvəlindəki səviyyəyə qayıtsa da, İstehlakçı İnam İndeksi III rübdə bir qədər yüksəlməsinə baxmayaraq hələ də ilin əvvəlindəki səviyyədən çox aşağıdır.