"Amin evin tək uşağıdır, atasız böyüyüb"


Digərləri 21 Noy 2020 14:09:00 112 0

"Amin evin tək uşağıdır, atasız böyüyüb"

"Oktyabrın 6-dan bəri Amindən xəbər ala bilmirik. Ailəsi çox narahatdır. Anasının vəziyyəti də çox pisdir". 

Son.az bildirir ki, bu sözləri Azxeber.com-a açıqlamasında ermənilər tərəfindən əsir götürülən əsgərimiz Amin Musayevin dayısı Sənan Sadıqov deyib. 

O deyib ki, Amin atasız böyüyüb: Bəziləri sosial şəbəkələrdə Aminin atasının adından yazıblar ki, guya Amin Azərbaycana qaytarılıb. Amma bu yalandır. Aminin atası bir neçə il bundan öncə dünyasını dəyişib. Amin evin tək uşağıdır. Anası bu xəbəri eşidəndən özünə gələ bilmir. 

Sənan Sadıxov deyib ki, Aminlə bağlı heç bir xəbər ala bilmirlər: Bizə onun aqibəti ilə bağlı heç bir məlumat verilməyib. Çox narahatıq.    Aminin xalası Sadıqova Hicran isə deyib ki, onlar Dövlətimizə və Ali Baş Komandana güvənirlər: Biz dövlətimizdən və Ali Baş Komandanımızdan çox razıyıq. Əminik ki, dövlətimizin sayəsində Amin evinə sağ-salamat qayıdacaq.   Qeyd edək ki, noyabrın 12-də "ANNA News" YouTube kanalında Aminə rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb.