Bu maskanın qiyməti 1,5 milyon dollardır


Dünya 21 Noy 2020 12:39:00 132 0

Bu maskanın qiyməti 1,5 milyon dollardır

Dünyanın ən bahalı COVID-19 maskası hazırlanıb.

Son.az axşam.az istinadən xəbər verir ki, dəyəri 1 milyon 500 min dollar olan maska İsraildə istehsal edilib. COVID-19 maskasını qızıl istehsalı ilə məşqul olan şirkətlərdən biri ərsəyə gətirib. 

250 qram saf qızıldan hazırlanan maska 18 əyyardır. COVID-19 maskasının üzəri 3 600 ağ və qara brilyant qaşlarla bəzədilib.

Şirkətin iddiasına görə, maska istifadəyə tam hazır formada düzəldilib. Şirkət rəsmiləri bildirib ki, maska Amerikada yaşayan çinli iş adamının sifarişi ilə hazırlanıb.