İtalya mətbuatı erməni vəhşilikləri haqda reportaj hazırlayıb VİDEO


Siyasət 21 Noy 2020 12:08:00 130 0

İtalya mətbuatı erməni vəhşilikləri haqda reportaj hazırlayıb  VİDEO

İtaliyanın tanınmış "la Repubblica" saytı ermənilərin Füzulidə törətdiyi vəhşiliklər, dağıntılar və qadağan olunmuş silahlardan istifadə etməsi, o cümlədən fosfor mərmisinin partladılması barədə reportaj hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, məqalə müəllifi ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini diqqətə çatdırıb: "Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında. 30 il öncə 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilmişdir. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir.

Burada hər bir şey dağıdılmışdır. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalmamışdır. Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbirsanlığı dağıdılmışdır

Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilmişdir. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcbur köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.

Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyənata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutmuşlar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk etmişlər.

Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzamətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd etmişdir".