Bəhreyn qəzeti Azərbaycan diplomatının şanlı Qələbəmiz haqqında məqaləsini dərc edib


Siyasət 21 Noy 2020 11:48:00 53 0

Bəhreyn qəzeti Azərbaycan diplomatının şanlı Qələbəmiz haqqında məqaləsini dərc edib

Bəhreyn Krallığının "The Daily Tribune-News of Bahrain" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin "Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi" sərlövhəli məqaləsi dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusunun 44 günlük döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmadağın etdiyi, tarixi Qələbə qazanaraq torpaqları işğaldan azad etdiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış məntəqələrinə ağır artilleriya və raketlərlə hücum edib.

Məqalədə ordusu tamamilə darmadağın edilmiş və mənəvi cəhətdən sarsıntı keçirən Ermənistanın baş nazirinin noyabrın 10-da kapitulyasiya haqqında bəyanatı imzalaması, Azərbaycanın işğal olunmuş ərazilərini tərk edən ermənilərin mülki obyektləri, infrastrukturu dağıtması, meşələri və yaşayış evlərini yandırması barədə məlumat verilib.

Azərbaycanın 29 ilə yaxın müddətdə Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışdığını diqqətə çatdıran müəllif qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması tələbinə etinasız yanaşan rəsmi Yerevan, eyni zamanda, bu illər ərzində münaqişənin dondurulması və status-kvonun qorunub saxlanılmasına can atıb. Bununla yanaşı, işğalçı ölkə Azərbaycana qarşı hərbi təxribatları da davam etdirib. Sentyabrın 27-də ermənilərin törətdikləri son hərbi təxribatdan sonra əks-həmlə əməliyyatı keçirən Azərbaycan Ordusu 5 böyük şəhəri və 300-dən çox kəndi işğaldan azad edib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Mingəçevir su anbarını da raketlərlə atəşə tutduğu, dinc sakinləri qətlə yetirdiyi, Azərbaycan Ordusunun isə bu vəhşiliklərə döyüş meydanında layiqli cavab verdiyi vurğulanıb.

Son sutkada Ermənistanda koronavirusdan 31 nəfər ölüb like
  • 21 Noy 11:42  
Dünya Son sutkada Ermənistanda koronavirusdan 31 nəfər ölüb

Son sutkada Ermənistanda COVID-19-a 1 193 yeni yoluxma halı qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləri məlum olub like
  • 21 Noy 11:36  
Digərləri Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləri məlum olub

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat

arrow Ətraflı
"Bu, fantastikadır" like
  • 21 Noy 11:30  
Digərləri "Bu, fantastikadır"

"O qara təqvimləri artıq bayram günləri əvəz edəcək"

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 21 Noy 11:26  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
"Ermənilər Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər" like
  • 21 Noy 11:20  
Siyasət "Ermənilər Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər"

Prezident İlham Əliyevin Ağdamın işğaldan azad olunması münasibətilə x

arrow Ətraflı
Qazax sakini qonşusunu qətlə yetirib like
  • 21 Noy 11:14  
Kriminal Qazax sakini qonşusunu qətlə yetirib

Noyabrın 20-də saat 19 radələrində Qazax rayon sakini Şahquliyev Qəhrəma

arrow Ətraflı
Makronun Qarabağ cəhdi: like
  • 21 Noy 11:08  
Dünya Makronun Qarabağ cəhdi:

Makronun bu açıqlaması məzmun və üslub etibarilə yanlışdır.

arrow Ətraflı
Qələbə Bizimdir! like
  • 21 Noy 11:02  
Siyasət Qələbə Bizimdir!

Artıq 20 ildir ki, noyabr ayının 22-si ölkəmizdə ədliyyə işçilərinin

arrow Ətraflı
“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..." like
  • 21 Noy 10:50  
Dünya “Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..."

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və dipl

arrow Ətraflı
Rusiyanın müdafiə naziri Ermənistana gedib, like
  • 21 Noy 10:44  
Siyasət Rusiyanın müdafiə naziri Ermənistana gedib,

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.

arrow Ətraflı
"Euronews" işğaldan azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb like
  • 21 Noy 10:38  
Siyasət "Euronews" işğaldan azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb

"Euronews" telekanalı erməni işğalından azad edilmiş Füzuli ray

arrow Ətraflı
Neft yenidən bahalaşıb like
  • 21 Noy 10:26  
Digərləri Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Brexit danışıqları dayandırılıb: like
  • 21 Noy 10:20  
Dünya Brexit danışıqları dayandırılıb:

Brexit danışıqları Avropa İttifaqından olan iştirakçılardan birinin kor

arrow Ətraflı