Qazax sakini qonşusunu qətlə yetirib


Kriminal 21 Noy 2020 11:14:00 178 0

Qazax sakini qonşusunu qətlə yetirib

Noyabrın 20-də saat 19 radələrində Qazax rayon sakini Şahquliyev Qəhrəman Mübariz oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qazax rayon prokurorluğundan APA-ya bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin qonşusu Namazov Elvin Elçin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elvin Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.