Rusiyanın müdafiə naziri Ermənistana gedib,


Siyasət 21 Noy 2020 10:44:00 171 0

Rusiyanın müdafiə naziri Ermənistana gedib,

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.

Son.az Trend-ə istinadən bildirir ki, naziri Rusiyanın qurumlararası nümayəndə heyəti müşayiət edir.

S.Şoyqunun baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulub.

Bundan başqa, Ermənistana Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, baş nazirin müavini Aleksandr Novakın, fövqəladə hallar naziri Yevgeni Ziniçev səfərləri gözlənilir.

Rusiya nümayəndə heyəti erməni rəsmilərlə Qarabağdakı vəziyyəti, sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə və texniki yardımı məsələlərini müzakirə edəcək.

Son.az