Covid19dan sağalmanı ləngidən və sürətləndirən qidalar


Digərləri 21 Noy 2020 10:14:00 146 0

Covid19dan sağalmanı ləngidən və sürətləndirən qidalar

Dünyada hər gün yüz minlərlə insan koronavirusa yoluxur və təqribən eyni sayda insan bu xəstəlikdən sağalır. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu prosesin sürətləndirilməsi üçün insanların qida məhsullarına xüsusi diqqət yetirməsi çox vacibdir.

Mütəxəssislərin fikrincə, koronavirusa yoluxan xəstələrin pəhriz yeməklərinə heyvan və bitki mənşəli faydalı yağların əlavə olunması zəruridir. Məsələn, avokado. Avokado bu sahədə ən qiymətli meyvələrdən sayılır.

Kətan, zeytun və kərə yağı da daxil olmaqla müxtəlif növ yağlara xüsusi diqqət yetirilməlidir. Ancaq koronavirusun müalicəsi zamanı sağalma prosesini ləngidən və bədəni zəiflədən şirin məhsullardan, xəmirli yeməklərdən və buna bənzər digər kulinariya məhsullarından tamamilə imtina edilməlidir. COVID-19-a yoluxan zaman bu məkrli patogendən daha tez xilas olmaqdan ötrü immunitet sisteminin güclənməsinə kömək etməliyik.