Brexit danışıqları dayandırılıb:


Dünya 21 Noy 2020 10:20:00 163 0

Brexit danışıqları dayandırılıb:

Brexit danışıqları Avropa İttifaqından olan iştirakçılardan birinin koronavirus testi müsbət çıxdığına görə dayandırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının Brexit üzrə baş müzakirəçisi Mişel Barniyer öz "Twitter" hesabında heyətlərin təlimatlara tam uyğun olaraq işlərini davam etdirəcəklərini bildirib.

Brexit danışıqları üzrə baş müzakirəçilər birbaşa danışıqları dayandıraraq onlayn görüşlərə başlayıblar.

Bu ilin sonunadək hər iki tərəf balanslaşdırılmış ticarət razılaşmasını imzalamaq niyyətindədir.