Türkiyədə koronavirusa yoluxma sayı sürətlə artır


Dünya 21 Noy 2020 10:08:00 153 0

Türkiyədə koronavirusa yoluxma sayı sürətlə artır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm sayında sürətli artım davam etməkdədir. Ölümcül pandemiyanın yayılma riskini azaltmaq məqsədilə yeni qadağalar noyabrın 21-dən qüvvəyə minəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 20-də Türkiyədə 156 min 642 nəfər testdən keçirilib. Onlardan 5103 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 141 nəfər ölüb, 3 min nəfər isə sağalıb. Ölkə üzrə indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 435 min 273 nəfərə çatıb. Bu gün infeksiya aşkarlanan şəxslərin ümumi sayı dünənki ilə müqayisədə 561, ölüm halı isə 28 nəfər çoxdur. Mütəxəssislər gündəlik artımı epidemiyanın yayılması baxımından qorxulu hal kimi dəyərləndirilər.