Multimilyoner faciəli şəkildə öldü


Dünya 21 Noy 2020 09:26:00 126 0

Multimilyoner faciəli şəkildə öldü

Argentinanın Koronel-Moldes vilayətində helikopter qəzası olub. 

Son.az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində ölkənin nəhəng maliyyə qurumlarından olan "Banco Marco" bankının prezidenti, iş adamı Xorxe Brito ölüb. 

Xorxe Brito  360 milyon dollar sərvəti ilə Argentinanın varlı şəxslərinin ilk 50-liyinə daxil idi. 

Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlumatlara görə, AS-50 helikopteri kiçik çaya düşüb.

Qəzanın səbəbləri məlum deyil.