Yoluxmanın çoxalması karantin müddətinin uzadılmasına səbəb oldu
Digərləri 21 Noy 2020 09:09:00 126 0
Azərbaycanda gündəlik yoluxma sayının artması xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılmasına səbəb olub.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yoluxma sayının artması həm təbii səbəblər, həm də insanların münasibəti ilə bağlıdır.
Baş infeksionist əlavə edib ki, yoluxma sayındakı artım oktyabrın ortalarından müşahidə edilməyə başlanılıb. Artıq bir aydan çoxdur ki, Azərbaycanda bu mənfi dinamikanın izlənildiyini deyən T.Eyvazov qeyd edib ki, kəskin respirator virus infeksiyalarına mövsümülük xas olsa da, bunu hələlik koronavirus haqqında tam olaraq, demək mümkün deyil:
Mənbə: milli.az