Sol mədəciyin divarının cırılması


Digərləri 21 Noy 2020 08:25:00 135 0

Sol mədəciyin divarının cırılması

Sol mədəciyin sərbəst divarının cırılması miokard infarktının ən qorxulu ağırlaşmalarından sayılır və adətən bir-neçə dəqiqə ərzində xəstənin ölümünə səbəb olur. Sol mədəciyin sərbəst divarının cırılması infarktlı xəstələrin 10%-ində rast gəlinir. Xəstəlik infarkt baş verdiyindən sonrakı 2 həftə ərzində meydana çıxır. Amma bu ağırlaşmanın yaranması infarktın ilk  3-5 günlərində baş verir. Sol mədəciyin divarının cırılması mədəciyin remodelləşməsi və zədələnmiş sahənin yumuşalması nəticəsində baş verir. Cırılma daha çox ön divarın infarktında, kollateral qan dövranı pis inkişaf etmiş şəxslərdə və qadınlarda baş verir. Diaqnozu: Exokardioqramma ilə erkən diaqnostika intraperikardial qanaxmanın və ürəyin kəksin tamponadasının qarşısını almağa imkan verir. Sol mədəcik cırılmasının risk faktoru arterial hipoertenziya, qeyri-steroid iltihab əleyhinə dərman preparatlarının qəbulunu da misal göstərmək olar.