Göydən həyətinə daş düşdü milyonçu oldu


Digərləri 20 Noy 2020 23:10:00 176 0

Göydən həyətinə daş düşdü  milyonçu oldu

İndoneziyalı qəbirdüzəldən bir gecədə milyonçu olub.

Son.az "The Sun" mətbu orqanına istinadən xəbər verir ki, 33 yaşlı Coşua  Huraqalunqun (Josua Hutagalung) milyonşu olmasına səbəb həyətinə düşən meteorit daşı səbəb olub. 33 yaşlı Coşuanın dediyinə görə, daş düşən zaman  həyətyanı sahəmdə tabut düzəldirdim, birdən bərk səs gəldi. "Elə bildim ki, evim uçdu. Sanki üzərimizə bir ağac aşdı"- o qeyd edib.

O əlavə edib ki, düşən daş çox isti olduğundan ələ götürmək mümkün deyildi. Düşən daş futbol topu böyüklükdə,çəkisi 2,2 kiloqram olub. Ekspertlərin dediyinə görə, meteorit daşının 4,5 milyard il yaşı olub. Huraqalunq həmin daşı kolleksionerə 1,3 milyon dollara satıb. (ölkə.az)