Türk həkimlərin hazırladığı peyvəndin qiyməti


Dünya 20 Noy 2020 22:49:00 127 0

Türk həkimlərin hazırladığı peyvəndin qiyməti

Amerikanın əczaçılıq nəhəngi "Pfizer" ilə Almaniyanın "BioNTech" firmasının yeni tip koronavirusa ("COVID-19") qarşı hazırladıqları potensial vaksinin qiyməti açıqlanıb.

Son.az bildirir ki, razılaşma çərçivəsində Aİ-nin 300 milyon dozaya "Pfizer" və "BioNTech" şirkətlərinə 4.65 milyard avro ödəyəcəyi açıqlanıb.

Bununla, koronavirus peyvəndinin hər dozası üçün 15,5 avro ödəniləcək.

Qeyd edək ki, Almaniyanın "BioNTech" firmasının həmtəsisçiləri, türk əsilli iki həkim cütlük Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin tərəfindən ixtira edilən potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb. Onlar 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür. /medicina.az