Pandemiya ilə əlaqədar Macarıstanda insanların hərəkəti əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 55 faiz azalıb


Dünya 20 Noy 2020 22:55:00 150 0

Pandemiya ilə əlaqədar Macarıstanda insanların hərəkəti əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 55 faiz azalıb

"Telecom" və "Telenor" mobil operatorları Macarıstanın mobil telefon istifadəçilərinin hərəkəti barədə anonim məlumatları milli COVID-19 mobillik layihəsinə təqdim ediblər ki, pandemiya sahəsinin ekspertləri koronavirusun yayılmasına qarşı görülən tədbirlərin uğurunu qiymətləndirə bilsinlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqdim olunan məlumatlara görə, sosial təmaslarla bağlı ilk ümummilli məhdudiyyətlər zamanı macarlar pandemiyaya öncəsindən daha az hərəkət edirdilər. Mobil telefonlar tərəfindən qeydiyyata alınan vətəndaşların hərəkəti əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 55 faiz azalıb.

Kontaktlardakı məhdudiyyətlərin hazırkı ikinci mərhələsində hərəkət intensivliyində azalma müşahidə edilir. Buna baxmayaraq macarlar mart-aprel aylarında daha az hərəkət edirdilər.

Eyni zamanda bütün şəhərlərdə uşaq bağçaları və məktəblər bağlıdır. Bundan əlavə, bir çox pərakəndə ticarətlə məşğul olan satıcılar mağazalarını bağlamağa məcbur olublar.