Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir


Siyasət 20 Noy 2020 21:21:00 68 0

Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü Ramona Nikol Maneskudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.

Sizin əzmkarlığınız, ərazi bütövlüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət hazırda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olmağın əsas xüsusiyyətlərini - rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanın rumıniyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm".

X X X

İraq parlamentinin deputatı Muxtar Mahmud əl-Musəvidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Qələbə günü və torpaqlarınızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və Sizi təbrik edirik.

Dost Azərbaycan xalqına layiqli və firavan həyat arzulayırıq".

X X X

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının 17-ci beynəlxalq toplantısında yekdilliklə qəbul olunan müraciəti şəxsən öz adımdan, həmsədrimiz İsmail Serageldinin və Qəyyumlar Şurasının bütün üzvləri adından Zati-alinizə çatdırmaqdan şərəf hissi duyuram.

Biz Ermənistanın beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin azad edilməsi münasibətilə Azərbaycan xalqına, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən əhəmiyyətli səylər nəticəsində qazandığınız inamlı qələbə, vəziyyətin sabitləşdirilməsi, eləcə də daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə Ermənistan və Rusiya Federasiyası ilə birgə üçtərəfli razılaşma imzalamağınız münasibətilə Azərbaycanı təbrik edirik.

Son qarşıdurmalar zamanı baş verən insan tələfatı, həmçinin münaqişə zonasından kənarda yerləşən tarixi Gəncə şəhərində qətlə yetirilmiş mülki şəxslər ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk. İşğal olunmuş əraziləri tərk edən ermənilər tərəfindən qəsdən törədilən dağıntıları və vandalizm aktlarını təəccüb və böyük narahatlıqla qarşılayırıq. Biz inanırıq ki, bu qeyri-insani hərəkətlərə və onların səbəb olduğu acınacaqlı nəticələrə baxmayaraq, Sizin müdrik və humanist rəhbərliyinizlə yenidənqurma, insanların öz doğma torpaqlarına qayıdışı, eləcə də sülhün və əmin-amanlığın bərpası ölkənizin gündəliyində duran əsas məsələ olacaq.

2020-ci ilin bu çətin dönəmində biz dünya ictimaiyyətinə bununla bağlı mesajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil edir, məqalələr və onlayn bəyanatlar yayırıq. Biz beynəlxalq səviyyədə apardığımız təbliğat işlərimizi ən yüksəksəviyyəli təmaslarımızda da davam etdiririk, Nizami və Azərbaycan adını daim ən yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvləri adından Zati-alinizə möhkəm cansağlığı, dövlətinizə təhlükəsizlik və firavanlıq arzulayırıq.

Türkiyədə COVID19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb like
  • 20 Noy 21:10  
Dünya Türkiyədə COVID19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb

Noyabrın 20-dən etibarən Türkiyədə COVID-19 peyvəndi üçün vətəndaşl

arrow Ətraflı
"Eurovision2021" üçün yeni qaydalar açıqlandı like
  • 20 Noy 21:05  
Digərləri "Eurovision2021" üçün yeni qaydalar açıqlandı

"Eurovision" beynəlxalq musiqi yarışmasının təşkilatçıları 2

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 20 Noy 20:51  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir like
  • 20 Noy 20:46  
Dünya Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Yaponiyanın hakimiyyət orqanları noyabrın 19-da ölkə üzrə daha 2400-ə y

arrow Ətraflı
Bakıda mənzildən meyit tapıldı like
  • 20 Noy 20:42  
Digərləri Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən kişi meyiti tapılıb.

arrow Ətraflı
Hindistanda COVID19a yoluxanların sayı 9 milyonu ötüb like
  • 20 Noy 20:37  
Dünya Hindistanda COVID19a yoluxanların sayı 9 milyonu ötüb

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 45 min 882 yoluxma qeydə alın

arrow Ətraflı
16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  FOTO like
  • 20 Noy 20:32  
Digərləri 16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb FOTO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) pr

arrow Ətraflı
Baş verən zəlzələdən sonra İzmirdə COVID19a yoluxanların sayı üç dəfə artıb like
  • 20 Noy 20:27  
Dünya Baş verən zəlzələdən sonra İzmirdə COVID19a yoluxanların sayı üç dəfə artıb

Oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş verən 6.6 bal gücünd

arrow Ətraflı
Paşinyanın 130 milyon dollarlıq selfisi like
  • 20 Noy 20:17  
Dünya Paşinyanın 130 milyon dollarlıq selfisi

Ermənistanın hərbi büdcəsindən 130 milyon dolları ona görə xərclədil

arrow Ətraflı
Almaniya hökuməti əhalinin ümumi vaksinasiya planını təqdim edib like
  • 20 Noy 20:07  
Dünya Almaniya hökuməti əhalinin ümumi vaksinasiya planını təqdim edib

Almaniyanın Federal Səhiyyə Nazirliyi əhalinin vaksinasiya olunması ilə ba

arrow Ətraflı
Ağdamın işğaldan azad edilməsi barədə Prezident İlham Əliyevə məruzə olunub  VİDEO like
  • 20 Noy 20:02  
Siyasət Ağdamın işğaldan azad edilməsi barədə Prezident İlham Əliyevə məruzə olunub VİDEO

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti

arrow Ətraflı