"BioNTech" və "Pfizer" koronavirus vaksininin qeydiyyatı üçün ABŞa müraciət edib


Dünya 20 Noy 2020 20:22:00 168 0

"BioNTech" və "Pfizer" koronavirus vaksininin qeydiyyatı üçün ABŞa müraciət edib

Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" əczaçılıq şirkətləri ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə nəzarət İdarəsinə koronavirus vaksininin qeydiyyata alınması üçün müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin deyib.

Qeyd edək ki, "BioNTech" və "Pfizer"in hazırladığı koronavirus vaksini sınaqlar nəticəsində 95 faizə yaxın effektivlik nümayiş etdirib.

Bu vaksinin gələn ilin yaz aylarınadək istehsala başlanması gözlənilir.