“Masumlar apartmanı”nda dəyişiklik


Digərləri 20 Noy 2020 20:01:00 176 0

“Masumlar apartmanı”nda dəyişiklik

Türkiyənin məşhur serialı "Masumlar Apartmanı"ında dəyişiklik baş verib.

Son.az axşam.az-a istinadən bildirir ki, ekran işinə yeni aktyor daxil olub. Bundan sonra 44 yaşlı Tansel Öngeld də ekran işində rol alacaq. O, serialda Safiyə obrazının sevgilisi Nacini canlandıracaq. Naci illər sonra sevdiyi və unuda bilmədiyi sevgilisi Safiyənin yaşadığı bina ilə üzbəüz olan evə köçür. Tansel Öngel seriala 11-ci bölümdə daxil olacaq.

Qeyd edək ki, yayımlandığı gündən reytinqdən düşməyən serialın əsas rollarında Birkan Sokullu, Farah Zeynep Abdullah, Ezgi Mola və Merve Dizdar kimi aktyorlar çəkiliblər. Rejissoru Çağrı Lostuvalı olan ekran işində İnci və sevgilisi Xanın sirr dolu ailə hekayəsindən bəhs edilir.