Tbilisidə mikromaliyyə təşkilatına basqın: girovlar var


Dünya 20 Noy 2020 18:39:00 141 0

Tbilisidə mikromaliyyə təşkilatına basqın: girovlar var

Tbilisidə "EmBiEs" mikromaliyyə təşkilatının binasına silahlı basqın olub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 9 nəfər girov götürülüb.

"Bizdə olan məlumata görə, binada 9 girov və bir silahlı şəxs var", - deyə Tbilisi Patrul Polis Xidmətinin rəisi Vaja Siradze deyib.

"RİA Novosti" yazır ki, şahidlərin sözlərinə görə, binaya 5 silahlı şəxs basqın edib və əl qumbarası ilə silahlanıblar. Digər məlumata əsasən, girovlardan 2-si artıq sərbəst buraxılıb.