Ağdamda torpağı qucaqlayıb doyunca öpəcəm, sonra "Qababağ şikəstəsi"ni oxuyacam


Digərləri 20 Noy 2020 18:09:00 174 0

Ağdamda torpağı qucaqlayıb doyunca öpəcəm, sonra "Qababağ şikəstəsi"ni oxuyacam

Ağdama daxil olanda ilk olaraq torpağı qucaqlayıb doyunca öpəcəm. Ondan sonra "Qababağ şikəstəsi"ni oxuyacam. 30 il bu mahnını həsrətlə oxuyaraq haray çəkmişik. Bu dəfə isə bunu sevincdən oxuyacağıq, xalqı sevincə səsləyəcəyik.

Son.az bildirir ki, bunu Trend-ə xanəndə, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, 30 ildir ki, Ağdamın işğaldan azad edilməsi həsrəti ilə yaşayıblar, bu günü gözləyiblər:

"Azərbaycan ordusunun ağdama girməsindən nə böyük hiss ola bilər ki! Çox şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi və xalqımıza elə böyük sevinc bəxş etdi ki, bundan böyük sevinc ola bilməz. Təbii ki, şəhidlərimiz də var. Bizim ailədə də iki şəhid var. Qardaşım oğlu Vətən yolunda şəhid oldu. 7 qardaşımın 3-ü I Qarabağ müharibəsi qazisi, ikisi Qarabağ əlilidir. Şəhid olan qardaşım oğlunun atası, mənim qardaşım da Füzulidə səngərdə döyüşüb".

M.İbrahimov Azərbaycan xalqının bundan sonra işğal günlərini deyil, işğaldan azad edilmə günlərini qeyd edəcəyini söyləyib: