Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşdü


Siyasət 20 Noy 2020 17:49:00 52 0

Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşdü

44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Üçtərəfli bəyanatda Ermənistanın işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verməsi və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməsi nəzərdə tutulurdu.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, bu gün Ağdam artıq Azərbaycana təhvil verilib: "Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgərin belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. Bəyanata uyğun olaraq bu gün gözəl diyar Ağdam artıq Azərbaycandadır. Qürur və fərəhlə deyə bilirik ki, "kiçik qala" adlandırılan Ağdam bizimdir, Ağdam Azərbaycandır!

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ağdam o qəhrəman yurddur ki, düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülüb, işğal nəticəsində rayonun o zamankı 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib və bu gün 200 mindən çox Ağdam əhalisinin böyük əksəriyyəti məcburi köçkün kimi yaşayır.

Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamın işğal tarixi illərlə beynimizə, yaddaşlarımıza həkk olunmuşdu. Bu gün isə bu rəqəm təqvimin qara səhifəsi kimi tariximizə, şəhidlərimizə hörmətlə yeni bir rəqəmlə əvəzlənir. Belə ki, 20.09.20 tarixi və müqəddəs cümə günündə Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşür.

Ağdam şəhəri, onun qədim keçmişinin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdı. Buna baxmayaraq necə ki, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməklə birlik nümayiş etdirdik, bu gün də eynilə Cənab Prezidentin də dediyi kimi bütün rayonlarımızı, şəhərlərimizi dirçəltmək uğrunda əzmkarlıq göstəririk. Bu gün hər kəs Şuşaya, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməyə səbirsizlənir. Çox yaxın gələcəkdə işğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda yeni gözəl bir həyat başlayacaq".

TANAP tam gücünə 2022ci ildə çatacaq like
  • 20 Noy 17:44  
Digərləri TANAP tam gücünə 2022ci ildə çatacaq

"Cənub Qaz Dəhlizi"nin ən uzun hissəsi olan Trans-Anadolu qaz kəm

arrow Ətraflı
SOCARda 2020ci ilin 9 ayının maliyyətəsərrüfat fəaliyyəti müzakirə olunub  FOTO like
  • 20 Noy 17:39  
Digərləri SOCARda 2020ci ilin 9 ayının maliyyətəsərrüfat fəaliyyəti müzakirə olunub FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ili

arrow Ətraflı
Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir like
  • 20 Noy 17:29  
Digərləri Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir

Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir. Bu gün büt

arrow Ətraflı
Kənan Seyidova generalmayor ali hərbi rütbəsi verilib  SƏRƏNCAM like
  • 20 Noy 17:25  
Siyasət Kənan Seyidova generalmayor ali hərbi rütbəsi verilib SƏRƏNCAM

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin v

arrow Ətraflı
Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü like
  • 20 Noy 17:24  
Dünya Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sar

arrow Ətraflı
Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı like
  • 20 Noy 17:21  
Siyasət Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı

Bu gün Azərbaycan növbəti şərəfli tarixini yaşayır. Ağdam şəhəri 27

arrow Ətraflı
Polis Akademiyasının yeni rəisi kollektivə təqdim edilib  FOTO like
  • 20 Noy 17:19  
Digərləri Polis Akademiyasının yeni rəisi kollektivə təqdim edilib FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı il

arrow Ətraflı
Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib like
  • 20 Noy 17:14  
Siyasət Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azər

arrow Ətraflı
İranda koronavirusdan daha 479 nəfər öldü like
  • 20 Noy 17:11  
Dünya İranda koronavirusdan daha 479 nəfər öldü

İranda ötən sutka ərzində 13 260 nəfər koronavirusa (COVID-19) yoluxub.

arrow Ətraflı
Tarixi qələbənin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planı təsdiqləndi like
  • 20 Noy 17:05  
Digərləri Tarixi qələbənin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planı təsdiqləndi

Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisd

arrow Ətraflı
Prezidentə yazırlar: Qazandığınız hərbisiyasi uğurlarla qürur duyuruq like
  • 20 Noy 16:59  
Siyasət Prezidentə yazırlar: Qazandığınız hərbisiyasi uğurlarla qürur duyuruq

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələ

arrow Ətraflı
Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb like
  • 20 Noy 16:58  
Siyasət Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbayca

arrow Ətraflı
Bakıya yeni liftlər gətirilib like
  • 20 Noy 16:57  
Digərləri Bakıya yeni liftlər gətirilib

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift tə

arrow Ətraflı