Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı


Siyasət 20 Noy 2020 17:21:00 56 0

Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı

Bu gün Azərbaycan növbəti şərəfli tarixini yaşayır. Ağdam şəhəri 27 ildən sonra öz sahibinə qayıtdı. Azərbaycan Ordusunun bölmələrinin noyabrın 20-də Ağdama daxil olması Vətən Müharibəmizdə bir ilklə yadda qaldı.

Belə ki, Ağdam Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq bir güllə atılmadan, qan tökülmədən erməni işğalından azad edilən Azərbaycanın ilk rayonu kimi tarixin yaddaşına köçdü. Bununla da Müzəffər Ordumuzun döyüş meydanındakı qələbələrinin davamını siyasi müstəvidə davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına növbəti tarixi qələbə sevincini bəxş etdi.

Nəzərə alsaq ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilirdi, bir neçə müdafiə xəttindən ibarət olunmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdı və ərazi işğalda olduğu illər ərzində düşmən tərəfindən tamamilə minalanmışdı, o zaman döyüşlərin davam edəcəyi təqdirdə Ağdamın işğaldan azad edilməsi bizə neçə-neçə qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına başa gələcəyi şübhə doğurmur.

Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Ali Baş Komandan Ağdamın işğaldan azad olunması ilə əlaqədar bir neçə saat öncə xalqa etdiyi müraciətində də siyasi müstəvidə qazanılan qələbəmizin əsas pay sahibi kimi Ordumuzun şücaətini, qəhrəmanlığını qeyd etdi. O, Ağdamın işğaldan azad edilməsinin şanlı hərbi Qələbə nəticəsində mümkün olduğunu diqqətə çatdırdı: "Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı".

Prezident qeyd edib ki, bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Dövlət başçısını çıxışında düşmənin Azərbaycanın gücünü, potensialını düzgün hesablaya bilmədiyini deyib: "Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın".

Ağdam Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biridir. 44 günlük müharibə nəticəsində düşmən gec də olsa anladı ki, ən çətin olan işi gördü - Türkü oyatdı, türkü yatırmaq isə ondan da çətindir. Kəlbəcərə 5 gün qaldı, bizi gözlə, Laçın...

Təhməz Əsədov Son.az

Polis Akademiyasının yeni rəisi kollektivə təqdim edilib  FOTO like
  • 20 Noy 17:19  
Digərləri Polis Akademiyasının yeni rəisi kollektivə təqdim edilib FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı il

arrow Ətraflı
Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib like
  • 20 Noy 17:14  
Siyasət Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azər

arrow Ətraflı
İranda koronavirusdan daha 479 nəfər öldü like
  • 20 Noy 17:11  
Dünya İranda koronavirusdan daha 479 nəfər öldü

İranda ötən sutka ərzində 13 260 nəfər koronavirusa (COVID-19) yoluxub.

arrow Ətraflı
Tarixi qələbənin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planı təsdiqləndi like
  • 20 Noy 17:05  
Digərləri Tarixi qələbənin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planı təsdiqləndi

Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisd

arrow Ətraflı
Prezidentə yazırlar: Qazandığınız hərbisiyasi uğurlarla qürur duyuruq like
  • 20 Noy 16:59  
Siyasət Prezidentə yazırlar: Qazandığınız hərbisiyasi uğurlarla qürur duyuruq

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələ

arrow Ətraflı
Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb like
  • 20 Noy 16:58  
Siyasət Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbayca

arrow Ətraflı
Bakıya yeni liftlər gətirilib like
  • 20 Noy 16:57  
Digərləri Bakıya yeni liftlər gətirilib

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift tə

arrow Ətraflı
Həftəsonu Bakıda bütün marşrutların fəaliyyəti dayandırılacaq like
  • 20 Noy 16:56  
Digərləri Həftəsonu Bakıda bütün marşrutların fəaliyyəti dayandırılacaq

Həftə sonları Bakıda bütün müntəzəm marşrut və ekspres xətlərin fə

arrow Ətraflı
Müstəqillik tariximizə möhtəşəm imzalar yazan 28 il like
  • 20 Noy 16:55  
Siyasət Müstəqillik tariximizə möhtəşəm imzalar yazan 28 il

Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün tələbi, bügün

arrow Ətraflı
Semyon Peqov və Semyon Baqdasarovun cinayətləri ilə bağlı Rusiya Baş Prokurorluğuna müraciət olunub like
  • 20 Noy 16:53  
Dünya Semyon Peqov və Semyon Baqdasarovun cinayətləri ilə bağlı Rusiya Baş Prokurorluğuna müraciət olunub

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində

arrow Ətraflı
Şuşan Stepanyan da istefa verdi like
  • 20 Noy 16:52  
Digərləri Şuşan Stepanyan da istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan vəzifəsin

arrow Ətraflı
Oğlumla qürur duyuram. Qarabağ Azərbaycandır! like
  • 20 Noy 16:48  
Digərləri Oğlumla qürur duyuram. Qarabağ Azərbaycandır!

Azərbaycan hərbçiləri ölkənin suverenliyi uğrunda döyüşən şəhidin a

arrow Ətraflı