Birinci vitseprezident Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib FOTO


Siyasət 20 Noy 2020 17:06:00 152 0

Birinci vitseprezident Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib  FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı "Instagram" hesabında paylaşım edib.

Son.az bildirir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"