"ƏlCəzirə" kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə bağlı reportaj yayımlayıb


Siyasət 20 Noy 2020 16:42:00 60 0

"ƏlCəzirə" kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə bağlı reportaj yayımlayıb

İşğaldan azad edilmiş Füzuli şəhərinə səfər edərək orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır fəsadları ilə tanış olan xarici jurnalistlər arasında "Əl-Cəzirə" kanalının müxbiri də olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kanal ermənilərin Füzuli şəhərində törətdikləri vəhşiliklərlə bağlı reportaj yayımlayıb.

Reportajda qeyd edilir ki, Füzuli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və şəhər demək olar bütünlüklə xarabalığa çevrilib. On milərlə Füzuli sakini məcburi köçkünə çevrilmişdi.

Reportajda Füzuli sakinlərinin bir neçəsinin fikirlərinə də yer verilib. Onlar evlərinin, məscidlərinin ermənilər tərəfindən dağıdıldığını bildirirlər. Qeyd edilir ki, Füzulidəki ən qədim binalardan biri də 100-dən çox yaşı olan teatr binası idi. İndi həmin bina tanınmaz haldadır.

Reportajda Ermənistanın Azərbaycana qarşı ağ fosfor tərkibli silahlardan istifadə etməsindən də bəhs olunur. Qeyd edilir ki, fosfor tərkibli silah insan orqanizmində ciddi fəsadlar yaradan və istifadəsi qadağan edilmiş silahdır. Azərbaycan rəsmiləri Ermənistanın bu silahdan mülki əhaliyə qarşı istifadə etdiyini bildirib.

Diqqətə çatdırılır ki, Füzulidəki Qorqan postunda yeraltı bunkerlər və səngərlər yerləşib. Geri çəkilməyə məcbur olan Ermənistan silahlı qüvvələri silah-sursatlarını burada qoyub.

Reportajda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə artıq quruculuq işlərinə başlanıldığını bildirib. Füzulidən Şuşaya çəkiləcək yolun tikinti işlərinə başlanılıb. Dövlət başçısı ermənilərin törətdikləri əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini qeyd edib.

Müxbir deyir ki, bu şəhərdəki dağıntılara baxanda burada vaxtilə on minlərlə insanın yaşadığını təsəvvürə gətirmək çox çətindir. Bu gün həmin sakinlər öz rayonlarına qayıtmağa hazırdırlar.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşıyır. Bu ərazilərdə qiymətləndirmə aparıldıqdan sonra Azərbaycan müvafiq beynəlxalq təsisatlara, məhkəmələrə müraciət edəcək.

Ermənilər bundan sonra nə edəcək? like
  • 20 Noy 16:39  
Siyasət Ermənilər bundan sonra nə edəcək?

Qarabağ idefiksini əsrlər boyu yaşatmağa çalışan və "Böyük Ermə

arrow Ətraflı
Qarabağda döyüşən hərbçilərimizin kredit borcları silinəcəkmi?  VİDEO  FOTO like
  • 20 Noy 16:31  
Digərləri Qarabağda döyüşən hərbçilərimizin kredit borcları silinəcəkmi? VİDEO FOTO

Azərbaycan Banklar Assosiasiyasına üzv banklar bir müddət öncə hərbçil

arrow Ətraflı
Yunus Oğuz Ali Baş Komandana mahnı ithaf  etdi like
  • 20 Noy 16:28  
Digərləri Yunus Oğuz Ali Baş Komandana mahnı ithaf etdi

Yazıçı-publisist Yunus Oğuz Ali Baş Komandan İlham Əliyevə mahnı

arrow Ətraflı
Bərpa olunan enerji sahəsində AzərbaycanBritaniya əməkdaşlıq imkanları müzakirə edilib like
  • 20 Noy 16:20  
Digərləri Bərpa olunan enerji sahəsində AzərbaycanBritaniya əməkdaşlıq imkanları müzakirə edilib

Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov ilə Böyük Britaniya

arrow Ətraflı
Tibbi maskanı cibində gəzdirənlərin NƏZƏRİNƏ like
  • 20 Noy 16:17  
Digərləri Tibbi maskanı cibində gəzdirənlərin NƏZƏRİNƏ

Tibbi maskanın cibdə gəzdirilməsi təhlükəlidir.

arrow Ətraflı
Gənc ifaçı gözünü itirdi like
  • 20 Noy 16:09  
Digərləri Gənc ifaçı gözünü itirdi

Gənc ifaçı Şahan Dinçin başına iş gəlib.

arrow Ətraflı
Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb like
  • 20 Noy 15:59  
Siyasət Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb

Bu gün Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar icla

arrow Ətraflı
"Xankəndidə, Xocalıda bütün məsələlərin başında Azərbaycan duracaq" like
  • 20 Noy 15:58  
Siyasət "Xankəndidə, Xocalıda bütün məsələlərin başında Azərbaycan duracaq"

"Təkcə rus sülhməramlıları olmayacaq, onlarla yanaşı bizim türk qa

arrow Ətraflı
Mincivana dönən qatar like
  • 20 Noy 15:55  
Digərləri Mincivana dönən qatar

Dəmiryolçu Kərim Piriyev iki il idi ki, dəmir yolunda işləyirdi. Bakı-C

arrow Ətraflı
Ağdamın işğaldan azad edilməsi münasibəti ilə Bakıda Qələbə yürüşü keçirilir  FOTO like
  • 20 Noy 15:53  
Siyasət Ağdamın işğaldan azad edilməsi münasibəti ilə Bakıda Qələbə yürüşü keçirilir FOTO

Erməni işğalı altında olan Ağdam rayonunun azad edilməsi sevincini yaşay

arrow Ətraflı
AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət! like
  • 20 Noy 15:45  
Digərləri AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

"American Express" beynəlxalq kart təşkilatının Azərbaycandakı

arrow Ətraflı
"Ana olmaq mənim seçimim deyildi" like
  • 20 Noy 15:42  
Digərləri "Ana olmaq mənim seçimim deyildi"

48 yaşlı türkiyəli aktrisa Defne Samyeli açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ağdamlı tarix müəllimi: Bu gün hər bir azərbaycanlı məğrurdur like
  • 20 Noy 15:36  
Digərləri Ağdamlı tarix müəllimi: Bu gün hər bir azərbaycanlı məğrurdur

Bu gün bütün azərbaycanlıların, ağdamlıların sevincinin həddi-hüdudu

arrow Ətraflı