Mincivana dönən qatar


Digərləri 20 Noy 2020 15:55:00 168 0

Mincivana dönən qatar

Dəmiryolçu Kərim Piriyev iki il idi ki, dəmir yolunda işləyirdi. Bakı-Cəbrayıl-Zəngilan qatarında vaqon bələdçisi idi. Öz ata-baba yurduna gedib gəlirdi. Amma həmin gün reys əvvəlkilərdən fərqli oldu. 1993-cü ilin payızında Mincivan yaxınlığında olan qatar ermənilər tərəfindən mühasirəyə alınır. Dedilər ki, yollar bağlanıb, bir daha bu qatar geri qayıtmayacaq. O vaxt gənc olan Kərimin təkcə bələdçisi olduğu qatar yox, ana vətəni, öz ailə üzvləri qalırdı düşmən tapdağında. Sərnişinləri isə hələ Arazın soyuq və gur axınından keçmək kimi çətinliklər gözləyirdi.

Son.az bildirir ki, "ARB Xəbər" dəmiryolçu Kərim Piriyevin hekayəsi ilə bağlı maraqlı süjet hazırlayıb. Kərim Piriyev - Dəmiryolçu: "Böyük həsrət hissi ilə gözləyirdik ki, qayıdaq öz yurd-yuvamıza. Neynəməliyəm ki?" Sevinc gözyaşlarıdır. Bunu hər adam yaşaya bilməz. Ona görə ki, o həyatı mən yaşamışam, mən bilirəm. Gözləyirəm ki, Ali Baş Komandanın nəzarəti altında hər şey düzələcək və kəndimizə qayıdacağıq". İndi onun ən böyük arzusu yenidən Cəbrayıl-Mincivan qatarında vaqon bələdçisi olmaqdır. Deyir, bəlkə də 1993-cü ildə Zəngilan qatarını birgə tərk etdikləri sərnişinlərlə də qarşılaşacaq. Kərim Piriyev - Dəmiryolçu: "Kimi məni xatırlayacaq, kimi xatırlamayacaq. Kimi deyəcək ki, bu Cəbrayıl qatarında işləyib. Kimi isə deyəcək ki, bu həmin dayıdırmı görən?" 

Arzunun əsas hissəsinə çatmısan, dəmiryolçu Kərim! Cəbrayıl- Mincivan qatarında görüşərik.