"ICESCO ekspertləri azad edilən ərazilərə araşdırma səfərinin təşkilinə hazırdır"


Kriminal 20 Noy 2020 15:20:00 53 0

"ICESCO ekspertləri azad edilən ərazilərə araşdırma səfərinin təşkilinə hazırdır"

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi apardılar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verdi. O qeyd etdi ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirdi.

Dr. Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirdi və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd etdi. ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olundu.

A.Kərimov Azərbaycan və ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs etdi və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Anar Kərimov qeyd etdi ki, hazırda Azərbaycan qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək vermiş və bundan sonra da bu dəstəyi əsigəməyəcəkdir.

Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, "Bakı Prosesi" təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Koronavirusdan sonra “quş qripi” like
  • 20 Noy 15:14  
Dünya Koronavirusdan sonra “quş qripi”

Koronavirusun ən çox yayıldığı Avropa ölkələrindən olan Fransada aşka

arrow Ətraflı
Ombudsman təsisatı Ümumdünya Uşaqlar Günü ilə bağlı VİDEOçarx hazırlayıb like
  • 20 Noy 15:09  
Digərləri Ombudsman təsisatı Ümumdünya Uşaqlar Günü ilə bağlı VİDEOçarx hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
DİN növbəti dəfə vətəndaşlara müraciət edib like
  • 20 Noy 15:07  
Digərləri DİN növbəti dəfə vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşlara müraciət edi

arrow Ətraflı
Şuşada Azərbaycan və Rusiyanın yüksək rütbəli şəxsləri arasında görüş olub like
  • 20 Noy 15:05  
Siyasət Şuşada Azərbaycan və Rusiyanın yüksək rütbəli şəxsləri arasında görüş olub

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə q

arrow Ətraflı
"Ad günümdə mənə hədiyyə almayın" like
  • 20 Noy 15:03  
Digərləri "Ad günümdə mənə hədiyyə almayın"

Türkiyəli aktrisa Hande Erçel ad günündə ona hədiyyə almaq istəyənlər

arrow Ətraflı
Azərbaycanda qızıl bahalaşıb like
  • 20 Noy 14:58  
Digərləri Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

arrow Ətraflı
Paşinyan müdafiə naziri vəzifəsinə öz adamını gətirdi like
  • 20 Noy 14:52  
Dünya Paşinyan müdafiə naziri vəzifəsinə öz adamını gətirdi

Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri da daxil olmaqlaq üç n

arrow Ətraflı
"Lazım olan tədbirlər görülməsə, yoluxma sayı iki dəfə arta bilər" like
  • 20 Noy 14:49  
Digərləri "Lazım olan tədbirlər görülməsə, yoluxma sayı iki dəfə arta bilər"

Əhali koronavirus xəstəliyini ciddi qəbul etməsə, lazım olan tədbirləri

arrow Ətraflı
Rusiyada koronavirusdan ölənlərin sayı 35 mini ötüb like
  • 20 Noy 14:47  
Dünya Rusiyada koronavirusdan ölənlərin sayı 35 mini ötüb

Rusiyada son sutka ərzində daha 24 318 nəfər yeni növ koronavirus (COVID-19

arrow Ətraflı
Britaniya parlamentlərarası dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib like
  • 20 Noy 14:44  
Siyasət Britaniya parlamentlərarası dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Blək

arrow Ətraflı
Ağdam rayonunun təhsil statistikası açıqlandı like
  • 20 Noy 14:41  
Digərləri Ağdam rayonunun təhsil statistikası açıqlandı

Təhsil Nazirliyi Ağdam rayonunun təhsil statistikasını açıqlayıb.

arrow Ətraflı
Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq like
  • 20 Noy 14:36  
Digərləri Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq

Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünl

arrow Ətraflı
Ağdamda 27 ildən sonra like
  • 20 Noy 14:31  
Digərləri Ağdamda 27 ildən sonra

Noyabrın 20-də erməni işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk

arrow Ətraflı
Ağdamda bayram yürüşü keçirilib  FOTO like
  • 20 Noy 14:26  
Digərləri Ağdamda bayram yürüşü keçirilib FOTO

Ağdam rayonunda bayram yürüşü keçirilib.

arrow Ətraflı