Paşinyan müdafiə naziri vəzifəsinə öz adamını gətirdi


Dünya 20 Noy 2020 14:52:00 128 0

Paşinyan müdafiə naziri vəzifəsinə öz adamını gətirdi

Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri da daxil olmaqlaq üç naziri vəzifədəna azad edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə müvafiq fərman imzalanıb.

Qeyd olunur ki, müdafiə naziri David Tonoyan, fövqəladə hallar naziri Feliks Tsolakyan və əmək və sosial məsələlər naziri Zarui Batoyan azad edilib.

Digər fərmanla Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan müdafiə naziri təyin olunub.

Eyni zamanda Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan əmək və sosial məsələlər naziri təyin olunub.