Şabran sakinindən odlu silah götürülüb


Digərləri 19 Noy 2020 18:54:00 127 0

Şabran sakinindən odlu silah götürülüb

Şabran sakinindən qanunsuz odlu silah götürülüb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çayqaraqaşlı kəndi ərazisində  şəhər sakini N.Qasımovdan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 2 ədəd patron götürülüb.