Abşeronda partlayış olub, xəsarət alanlar var


Digərləri 19 Noy 2020 17:57:00 107 0

Abşeronda partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.

Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata görə, xəsarət alanlar var.