Ermənilərin Füzuliyə atdığı "Tochka U" raketi


Siyasət 19 Noy 2020 11:44:00 154 0

Ermənilərin Füzuliyə atdığı "Tochka U" raketi

Füzuli rayonunun yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan "Tochka U" raketinin qalıqları jurnaistlərə təqdim edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, raket barədə açıqlama verən ANAMA əməkdaşı Musa Məmmədovun dediyinə görə, adıçəkilən silah "Tochka U" sisteminin 9M79 raketidir: "Raket oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonuna atılıb. Raketin uçuş məsafəsi maksimum 120 kilometrdir. Düşmən öz müdafiəsinin dərinliyindən bu əraziləri vura bilib. Raketin təyinatı əsasən canlı qüvvə, kommunikasiya, vacib obyektlərin məhv edilməsidir. Raket öz təyinatı üzrə yerə 20 metr qalmış məsafədə partlayır, 14 min 500 ədəd yarımhazır qəlpələrə bölünür. Qəlpələr 2-3 hektar ərazidə məhvetmə qabiliyyətinə malikdir. Raketdə 162,5 kiloqram partlayıcı var ki, trotillə bərabər çəkisi 200 kiloqrama malikdir. Raket bir neçə yüz metr aralıda partlayır, qəlpələr yayılandan sonra qalıq hissə yerə düşür".

M.Məmmədov bildirib ki, raket əkin sahəsinə düşdüyündən yaxınlıqdakı yaşayış məntəqələrinə ziyan dəyməyib.

Son.az