Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


Dünya 19 Noy 2020 10:14:00 125 0

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 381-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 433 xəstə sağalıb.

Ölkədə 314 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.