Avtosistern qəzaya düşdü:


Dünya 18 Noy 2020 14:40:00 160 0

Avtosistern qəzaya düşdü:

Meksikanın qərbində Nayarit ştatında magistral yolda yanacaq daşıyan maşının (avtosistern) partlaması nəticəsində ən azı 14 nəfər ölüb, bir nəfər yaralanıb.

Son.az Day.Az-a istinadən bildirir ki, bu barədə TASS xəbər yayıb.

İlkin məlumatlara görə, maye qazın daşındığı qoşqulu yük maşınının sürücüsü idarəetməni itirib. Avtosistern yuvarlanıb və partlayıb.

Partlayış nəticəsində üç avtomobil tamamilə məhv olub.