Paşinyan acınacaqlı vəziyyətdən


Dünya 18 Noy 2020 13:51:00 142 0

Paşinyan acınacaqlı vəziyyətdən

Ermənistan Baş naziri Nikol Paşinyan müharibədən məğlub çıxmış ölkəsinin gələcəyi ilə bağlı 15 maddədən ibarət yol xəritəsi təqdim edib və hökumətin tərkibində dəyişikliklərə təşəbbüs göstərəcəyini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə öz Feysbuk hesabında məlumat verib.

"Qeyd edirəm ki, mən özümü mövcud vəziyyətdə əsas cavabdeh biri kimi hesab edirəm. Bununla yanaşı, ölkədə sabitlik və təhlükəsizliyin yaradılması üçün əsas məsuliyyəti daşıyıram. Bu səbəbdən icrası üçün hökumət tərkibində dəyişikliklər edilməsi barədə təşəbbüs başlatdığım bir yol xəritəsini təqdim edirəm", - Paşinyan yazıb.

Paşinyan tərəfindən təklif olunan tədbirlər arasında ölkənin silahlı qüvvələrində islahatlar, koronavirusdan sonra iqtisadiyyatın bərpası, seçki sisteminin islahatı və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış hakimlər institutunun tətbiqi yer alıb. Həmçinin proqrama ölən hərbçilərin ailələri və vətəndaşlar üçün sosial təminatların təmin edilməsi və müharibədə iştirak etmiş insanların və ümumiyyətlə, cəmiyyətin psixoloji reabilitasiya sisteminin formalaşdırılması da daxil edilib.

"Bu yol xəritəsini həyata keçirmək üçün hökumətdə dəyişikliklər edirəm",- Paşinyan əlavə edib.