Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı


Kriminal 18 Noy 2020 13:12:00 179 0

Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanb.