Gürcüstanda 3443 yeni yoluxma,


Dünya 18 Noy 2020 12:56:00 156 0

Gürcüstanda 3443 yeni yoluxma,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 443 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  89 395 nəfərə, ölənlərin sayı isə 815 nəfərə çatıb.

Virusa yoluxanlardan 71 468 nəfərin sağaldığı bildirilir.