Ermənistan parlamenti qarşısında aksiya keçirilir


Dünya 18 Noy 2020 12:42:00 135 0

Ermənistan parlamenti qarşısında aksiya keçirilir

Ermənistan parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, etirazçılar hakim "Mənim addımım" partiyasının deputatlarını aksiyaya qoşulmağa çağırır.

Parlamentə daxil olan deputatlar etirazçıların "Ar olsun!", "Satqınlar!" kimi şüarları ilə üzləşir.

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir.