COVID19un mutasiyalarının sayı 500ə çatır


Dünya 18 Noy 2020 09:33:00 116 0

COVID19un mutasiyalarının sayı 500ə çatır

Dünyada koronavirus (COVID-19) yayılandan bəri onun 500-dək müxtəif mütasiya növləri aşkar edilib.

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə Kazan Federal Universitetinin Dəqiq və Yeniləyici Tibb Araşdırma Klinik Mərkəzinin direktoru Albert Rizvanov açıqlamasında bildirib.

Koronavirus əleyhinə peyvənd üzərində işləyən tədqiqat qrupuna rəhbərlik edən A.Rizvanov qeyd edib ki, virusun mutasiyası normal bir təzahürdür: "Bütün canlı orqanizmlər kimi bu virus inkişaf edir. Viruslar çox ibtidai bir genetik mexanizmə sahib olduqları üçün xüsusilə sürətlə mutasiyaya uğrayırlar". 

İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına dair Federal Müşahidə Xidmətinin rəhbəri Anna Popova isə Sibirdə yayılan sözügedən virusun mutasiyası barədə danışarkən bildirib ki, proses nəticəsində COVID-19 daha təhlükəli növlərdə özünü büruzə verir.