İsraildə koronavirusa yoluxanların sayı 325 min nəfəri ötüb


Dünya 18 Noy 2020 08:52:00 123 0

İsraildə koronavirusa yoluxanların sayı 325 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 600 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 325 355 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 314 567 nəfəri sağalıb, 2 736 nəfəri isə vəfat edib.