Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb, ölən və yaralananlar var


Dünya 18 Noy 2020 08:40:00 161 0

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb, ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeddi raket dövlət qurumlarının və xarici diplomatik missiyalarının, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

Məlumata əsasən, raket hücumu nəticəsində bir nəfər həlak olub, beş nəfər isə xəsarət alıb.

Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.