Cansu Taşkın atasını məhkəməyə verdi


Digərləri 17 Noy 2020 18:34:00 120 0

Cansu Taşkın atasını məhkəməyə verdi

Türkiyəli model Cansu Taşkın maraqlı açıqlaması ilə gündəmə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, sonuncu dəfə müğənni Murat Başaranın klipində çəkilən Cansu atasını məhkəməyə verib. Buna səbəb atasının modeldən dəfələrlə pul istəməsidir. Taşkının iddialarına görə atası ona uşaq vaxtı şiddət göstərirmiş.

Model açıqlamasında "Əgər atam məndən onu bağışlamağımı istəsəydi, onu bağışlaya bilərdim. Lakin məndən dəfələrlə pul istədiyinə görə onu məhkəməyə vermək məcburiyyətində qaldım" sözlərini deyib.