Bakıda evlərdən oğurluq edən Lənkəran sakini tutuldu


Kriminal 17 Noy 2020 17:11:00 151 0

Bakıda evlərdən oğurluq edən Lənkəran sakini tutuldu

Bakıda beş evdən oğurluq edən Lənkəran sakini saxlanılıb.

Son.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-dən noyabrın 13-dək olan müddətdə rayon ərazisindəki beş evdən pul, qızıl-zinət əşyaları, noutbuk, sənəd, planşet, su qızdırıcısı və elektrik naqili oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev tutulub.