Piyadanı vurub öldürdü,


Digərləri 17 Noy 2020 17:05:00 124 0

Piyadanı vurub öldürdü,

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Darquba kəndində qeydə alınıb.

KIA markalı avtomobil Darquba kənd sakini, 1994-cü il təvəllüdlü Elgün Hüseynağa oğlu Rəhimovu vurub, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində piyada E. Rəhimov hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

İlkin məlumata görə, sürücü Lənkəran rayonu Şovu kənd sakinidir.

Faktla bağlı araşdırma aparılır.