Daha 4 rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi ev verildi


Digərləri 17 Noy 2020 16:37:00 116 0

Daha 4 rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi ev verildi

Daha 4 rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verilib.

Bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, 4 rayonda 26 fərdi yaşayış evinin (o cümlədən Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbiri keçirilib.

Qazax rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulayə Həsənova iştirak ediblər.

Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Azərbaycan hərbçilərinin rəşadəti və eyni zamanda dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini qeyd ediblər.

Onlar cənab Prezidentin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.