"Azərbaycanda koronvirusla bağlı faciəvi dəyişiklik ola bilər"


Digərləri 17 Noy 2020 14:42:00 126 0

"Azərbaycanda koronvirusla bağlı faciəvi dəyişiklik ola bilər"

Ölkəmizdə COVİD-ə yoluxanların sayının 2 minin üzərinə çıxması hələ pik hədd deyil.

Bunu Son.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev deyib.

Həkim bildirib ki, 2 mindən artıq insanın koronavirusa yoluxması, sadəcə, aşkar edilənlərin sayıdır:

"Yoluxanların sayının daha da artma ehtimalı var. Çünki bilirsiniz, bəzən həndəsi silsilə ilə artım baş verə bilər. Minlərlə yoluxmuş bu qədər insanların da ətrafında insanlar var. Sadə riyazi hesablama aparsaq, hərəsi iki nəfəri yoluxduranda o da gəlir artıq 4 min edir. 2 mindən artıq insanın koronavirusa yoluxması, sadəcə, aşkar edilənlərin sayıdır, amma aşkar edilməyən 20 min bəlkə insan, bəlkə daha çox var. Bildiyimiz kimi, bir çox insanların şikayəti var, yoxlanmırlar, tanış həkimlərin köməyi ilə evdə müalicə edilirlər. 

Vətəndaş olaraq çox insanların məsuliyyətsizliyi var. Hər gün çoxlu sayda insana müraciət edirəm, irad tuturam bununla bağlı. Qapalı yerlərdə maska istifadə etməyənlər var. Bəzən görürsən hansısa bir obyektə girirlər, girişdə yoxlandıqları üçün maska geyirlər, içəri girəndən sonran çıxardırlar. Belə hallar çoxdur. Liflərdə sıxlıq olur. İctimai nəqliyyatda insanlar haqlı olaraq irad tuturlar ki, sıxlıq var. Bəli, biz hamımız bunu qəbul edirik. Yaxşı, ictimai nəqliyyatda sıxlıq var, inzibati nəzarətdə boşluqlar var, bunun hamısını başa düşürük. 

Bəs gəlin görək biz öz üzərimizə düşəni edirikmi? Ara məsafəsi saxlayırıqmı, qapalı yerdə maska geyinirikmi, əl gigiyenasına fikir veririkmi, başqalarını buna təhrik edirikmi, ictimai nəzarəti həyata keçiririkmi? Təbii ki, hər birimiz üzərimizə düşəni yetəri qədər etmirik. Təəssüflər olsun ki, bəzi insanlar başa düşmür ki, bu xəstəliyə yoluxma 2 min yox, sabah 10 min, 20 min olanda artıq heç bir səhiyyə sistemi bunun öhdəsindən gələ bilməyəcək və faciəvi bir dəyişiklik, fəlakət ola bilər. Ona görə də çox ehtiyatlı olmalıyıq". 

Təhməz Əsədov Son.az