ABŞ ordusu Əfqanıstan və İraqdan geri çəkilir


Dünya 17 Noy 2020 14:47:00 149 0

ABŞ ordusu Əfqanıstan və İraqdan geri çəkilir

ABŞ Prezidenti Donald Trampın Əfqanıstan və İraqdan ordunun çəkilməsi barədə təlimatlarının Pentaqona çatdırıldığı və mövzu barədə planların qurulduğu açıqlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, prosesin detalları barədə mətbuata açıqlama verilməyib.

Amerikanın CNN kanalı isə Trampın Əfqanıstan və İraqdakı əsgərlərin sayını (2500-ə qədər) azaldacağını, bu prosesin 15 yanvaradək reallaşacağını xəbər edib.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda 4 500, İraqda isə 3 min əsgəri var.