Almaniyada koronavirusla bağlı həyəcan təbili


Dünya 17 Noy 2020 14:25:00 116 0

Almaniyada koronavirusla bağlı həyəcan təbili

Almaniyanın Baş naziri Angela Merkel vətəndaşlara xəbərdarlıq edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, yeni tip koronavirusla mübarizədə sosial təmasın azadılması barədə çağırış ünvanlayıb.

Merkel əyalət rəhbərləri ilə videoformatda keçirdiyi iclasda virusun yayılmasının qarşısını almaq üçün təmaslara son verilməsinin vacibliyini vurğulayıb:

"Baş tutmayan hər təmas yaxşıdır. Bu səbəbdən bir daha açıq şəkildə xəbərdarlıq edirik. Özəl şənlik, məclislərdən uzaq durun. Gələn dəfəki iclasda 30 noyabrda bitən sərt karantin rejiminin yenidən tətbiqi barədə müzakirə aparacağıq. Bundan əlavə, FFP2 tipli maskalar ehtiyacı olanlara ödənişsiz paylanılacaq".