"Şuşa işğal olundu və mən bir daha "Şuşanın dağları"nı ifa etməməyə qərar verdim"


Şou-biznes 17 Noy 2020 14:14:00 159 0

"Şuşa işğal olundu və mən bir daha "Şuşanın dağları"nı ifa etməməyə qərar verdim"

Xalq artisti Brilliant Dadaşova "Şuşanın dağları" mahnısı ilə bağlı etiraf edib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni 28 ildir bu mahnını oxumağı özünə qadağa etdiyini söyləyib.

29 il əvvəl lentə alınan videosunu paylaşan Dadaşova "1991-ci il, AzTv... Bir il sonra Şuşa işğal olundu və mən bir daha "Şuşanın dağları" xalq musiqisini ifa etməməyə qərar verdim.

Ali Baş Komandan və Azərbaycan Ordusu 2020-ci ildə Şuşanı işğaldan xilas etdiyi bu günə qədər oxumadım" sözlərini yazıb.