Hakerlər "Capcom" şirkətindən 350 min istifadəçinin məlumatlarını oğurlayıblar


Dünya 17 Noy 2020 09:11:00 119 0

Hakerlər "Capcom" şirkətindən 350 min istifadəçinin məlumatlarını oğurlayıblar

Yaponiya video oyun istehsalçısı və nəşrçisi "Capcom" şirkəti təqribən 350 000 istifadəçinin şəxsiyyətini oğurlayan kiber hücumun qurbanı oldu.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə The Asahi qəzeti yazıb.

Bildirilib ki, hakerlər şirkətin 1,1 milyard yen (mövcud məzənnə ilə təxminən 10,5 milyon dollar) məbləğində kriptovalyuta ödəmədiyi halda bu məlumatların İnternetdə yayımlana biləcəyi ilə hədələyiblər.

Qeyd edilib ki, oğurlanmış məlumatlar arasında, xüsusən şirkətin səhmdarlarının və adi oyunçuların şəxsi ünvanları da var. Nəşrin verdiyi məlumata əsasən, cinayətkarlar "Capcom" şirkətinin serverlərindən təxminən bir terabayt məlumat oğurlamağı bacarıblar.